Tehran–Kərəc körpüsü hədəf alındı; bir neçə nəfər yaralandı

2 saat əvvəl 1 dəq oxu
 Tehran–Kərəc körpüsü hədəf alındı; bir neçə nəfər yaralandı


ABŞ və İsrailin hücumlarının davamında Tehran–Kərəc istiqamətində yerləşən böyük bir körpü hədəf alınıb və nəticədə bir neçə nəfər yaralanıb.


ArazNews-un Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hücum “B1” adlanan avtomobil körpüsünü hədəf alıb; bu körpü Yaxın Şərqin ən hündür körpülərindən biri hesab olunur.


Eyni zamanda, Kərəc şəhərinin digər bölgələrinin də hücuma məruz qaldığı bildirilir.