Qara Yanvardan otuz altı il ötür; Bakının imperiyaya müqavimət göstərdiyi gecə

5 saat əvvəl 1 dəq oxu
Qara Yanvardan otuz altı il ötür; Bakının imperiyaya müqavimət göstərdiyi gecə

Otuz altı il əvvəl bu gün Sovet ordusunun xalq etirazlarını yatırmaq üçün Bakıya daxil olması Azərbaycanın müasir tarixinin ən qanlı hadisələrindən birinə çevrildi. Bu hadisə ölkənin tarixi yaddaşına "Qara Yanvar" kimi həkk olunub.

Araz News - 20 yanvar 1990-cı ilin sübh çağı Sovet hərbi qüvvələri əvvəlcədən fövqəladə vəziyyət elan etmədən Bakı şəhərinə daxil olaraq, tanklar və ağır silahlardan istifadə etməklə dinc əhalinin toplandığı yerləri hədəfə aldılar. Mövcud statistikaya görə, bu əməliyyat zamanı ən azı 130 mülki vətəndaş həlak oldu, yüzlərlə insan isə yaralandı.

Bu hadisə Sovet hakimiyyətinin siyasi legitimliyinin zəifləməsində və Azərbaycan Respublikasının müstəqillik prosesinin sürətlənməsində dönüş nöqtəsi kimi qiymətləndirilir. Hər il bu tarixdə ölkədə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir.