Cumartesi 15 Mayıs 2021

Araz News

Azerbaycan Milli Direniş Teşkilatının Haber Web Sitesi
araznews2010@gmail.com www.araznews.org

Haber Başliklari:

bildiri

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Azərbaycan Milli Dirəniş Təşkilatının qutlama savı

İyirmi doqquz il bundan öncə belənçi günlərdə, Rus sovet imperiyasının dağıldığı zaman, Azərbaycan Türk Milləti Araz çayını iki tərəfindən saxta sərhədlərə hücum edərək saxta və zoraki sərhədləri söküb atdılar və beləcə doğma bacı qardaşlar uzun illər sonra bir daha qucaqlaşıb həsrət gedərə bildilər.

Bu tarixi olay bir daha sübut etdi ki Azərbaycan Türk Milləti düşmənlərin zalimcə və ədalətsizcə çəkdiyi sərhədlərə rəğmən əsla bölünməyib, birlik və bütövlük ruhunu qoruyubdur və qoruyacaqdır.

Sonraki illərdə bu münasibətlə 31 Dekabr Azərbaycan Cümhuriyyətinin parlamenti və cümhur başqanı mərhum Əbülfəz Elçibəy tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adı ilə milli bayram elan edildi. O gündən bu yana 50 milyonluq Azərbaycan Türk Milləti Dünyanın hər yerində 31 Dekabri millətimizin birlik, bərabərlik və bütövlük bayramı olaraq böyük bir coşğu ilə qutlamaqdadır.

Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq biz də bu milli bayram münasibəti ilə böyük millətimiz təbrik edib, o günün gəlməsini umuruq ki 50 milyonluq millət olaraq bu bayramı azad və iftixarlı şəkildə hamımız birgə qutlayaq.

Azərbaycan Milli Dirəniş Təşkilatı Mərkəzi Şurası
Təbriz
31 Dekabr 2018

Yorumunuzu yazın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Time limit is exhausted. Please reload CAPTCHA.