Pazar 16 Mayıs 2021

Araz News

Azerbaycan Milli Direniş Teşkilatının Haber Web Sitesi
araznews2010@gmail.com www.araznews.org

Haber Başliklari:

Qara Yanvarın 28-ci il dönümündə,

Qara Yanvar Münasibəti ilə Azərbaycan Milli Dirəniş Təşlilatının Baısağlığı Savı

Araz News: Azərbaycanımızın quzeyində istiqlaliyyətin yenidən əldə edilməsi sürəcində Qara Yanvar, Qarabağ və başqa şəhid və ğazilərimiz, ata-baba torpaqlarımızı qanla suvararaq vətən kimi qalmasının təzminatı olmuş, üç rəngli bayrağımızın əbədiyyən dalğalanmasını millətimizə ərməğan etmişlər.

Son iki əsirdə Azərbaycan Türk Milləti vətənimizin güneyi və quzeyində milli hakimiyyət və öz müqəddəratına hakim olmaq mübarizəsi uğrunda ağır bədəllər ödəmiş və minlərcə vətən övladını qurban vermişdir. Yalnız ödənən bu bədəllər və verilən qurbanlar millətimizin milli kimliyinin qəvamı və cövhəri olmuş və bugünkü Azərbaycan Türk Millətinin vahid bir bilinc ilə tarix səhnəsində var olmasına, quzeydəki istiqlalımıza və güneydəki şanlı mücadiləmizə danılmaz təsirini buraxmışdır.

Şübhəsiz çağdaş Azərbaycan tarixinin ən acı ama eyni zamanda ən şanlı səhifələrindən biri də Qara Yanvar olayıdır.

Qara Yanvar hadisəsində, 1990-ci ildə vətənimizin quzey hissəsindəki millətimiz acımasız Rus İmperyası qarşısında istiqlal mücadiləsi verərkən, Rus Qızıl Ordusu Bakı və başqa şəhərlərdə əli yalın millətimizin üstünə yügürərək 146 insanımızı şəhid etmiş, 744 soydaşımızı isə yaralamışdır. Millətimizin yaddaşına qazılan bu hadisə milli özgürlük savaşını daha da qızğınlaşdırmış və bu şanlı mücadiləni istiqlala qədər aparmışdır.

Azərbaycanımızın quzeyində istiqlaliyyətin yenidən əldə edilməsi sürəcində Qara Yanvar, Qarabağ və başqa şəhid və ğazilərimiz, ata-baba torpaqlarımızı qanla suvararaq vətənimiz olaraq qalmasını və üç rəngli bayrağımızın sonsuza dək dalğalanmasını millətimizə ərməğan etmişlər.

Qara Yanvarın 28-ci il dönümündə, Azərbaycan Türk Millətinin milli hakimiyyəti və bütövlüyü yolunda canını və qanını əsirgəməyən bütün şəhid və ğazilərimizin qarşısında sayğı ilə baş əyirik.

Sonsuz İstiqlal və milli hakimiyyət diləyi ilə

Azərbaycan Milli Dirəniş Təşkilatı
Təbriz – 20/01/2018

Yorumunuzu yazın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Time limit is exhausted. Please reload CAPTCHA.