آزربايجان ميللي ديرهنيش تشکيلاتيندان قوزئي آزربايجانا باش ساغليغي.
قوزئي آزربايجان مطبوعاتينا ايستينادن تاسوفله يئنه ده بير نئچه عسگريميزين ايشغالچي ائرمنيستان کشفيات (ديوئرسييا) قوووهلري طرفيندن شهيد اولدوغو خبري گلدي. هر شئيدن اؤنجه باشدا شهيدلريميزين عاييله لري اولماقلا بوتؤو آزربايجانيميزين باشي ساغ اولسون دئييريک. يقين کي، ايشغالچي ائرمنيستان دؤولتي ‘’بئينالخالق’’ حوقوق نورمالاريني هئچه ساياراق آزربايجان تورپاقلاريندا اؤز ايشقالچي سيياستلريني داوام ائتمک ايستهيير و ايستيهجک. آنجاق تاريخين گؤسترديگي کيمي بونلارين ايشغالچي سيياستلرينين داوامي بؤلگه و دونيادا گرگينليگين آرتماسينا سبب اولاجاقدير.
آزربايجان ميللي ديرهنيش تشکيلاتي ايشغالچي ائرمنيستان دؤولتيني بيرلشميش ميلتلرين قرارلاريني ريعايت ائتمهيه چاغيرير. بيز بؤلگهده صولح و امين آمانليغين سوردورولمهسيني ايستهييريک، آنجاق اگر ايشغالچي ائرمنيستان دؤولتي آزربايجان تورپاقلاريندا ايشغالچي سيياستلريني داوام ائتديررسه آزربايجان سيلاحلي قوووهلري باشدا اولماقلا بوتؤو آزربايجان ميلتي طرفيندن اونودولماياجاق جاوابي آلاجاقدير.
آزربايجان ميللي ديرهنيش تشکيلاتينين بئينلخالق علاقه لر اوزره مسئول شخصي
کريم اصغري
– 02.08.2014
————————————-
Azərbaycan Milli Dirəniş Təşkilatından Quzey Azərbaycana başsağlığı
Quzey Azərbaycan mətbuatına istinadən təəsüflə yenə də bir neçə əsgərimizin işğalçı Ermənistanc kəşfiyyat (diversiya) qüvvələri tərəfindən şəhid olduğu xəbəri gəldi. Hər şeydən öncə başda şəhidlərimizin ailələri olmaqla bütöv Azərbaycanımızın başı sağ olsun deyirik. Yəqin ki, işğalçı Ermənistan dövləti ‘’BEYANLXALQ’’ hüquq normalarını heçə sayaraq Azərbaycan torpaqlarında öz işqalçı siyasətlərini davam etmək istəyir və istəyəcək. Ancaq tarixin göstərdiyi kimi bunların işğalçı siyasətlərinin davamı bölgə və dünyada gərginliyin artmasına səbəb olacaqdır. Azərbaycan Milli Dirəniş Təşkilatı işğalçı Ermənistan dövlətini Birləşmiş Millətlərin qərarlarını riyayət etməyə çağırır. Biz bölgədə sülh və əmin amanlığın sürdürülməsini istəyirik, ancaq əgər işğalçı Ermənistan dövləti Azərbaycan torpaqlarında işğalçı siyasətlərini davam etdirərsə, Azərbaycan Silahlı Qüvvələri başda olmaqla bütöv Azərbaycan milləti tərəfindən unudulmayacaq cavabı alacaqdır.
AzərbaycanMilli Dirəniş Təşkilatının Beynəlxakaq Əlaqələr üzrə məsul şəxsi
Kərim Əsğəri
.02.08.2014