آم د ت-نین گوناز تی وی مودورو احمد بی اوبالی یا اعتیراض مکتوبو
حؤرمتلی احمد بی اوبالی گوناز تی وی-نین 1 فئورال 2014 وئرلیشینده باتی آزربایجاندا اورمو گؤلو مساله سی و عئینی بؤلگهده میللییتچی کوردلرین تورپاق ایدیعالاری خوصوصوندا بوتون آزربایجان میللی حرکتی تشکیلاتلارینی قئییدسیزلیک و تدبیرسیزلیک ایله گوناهلاندیرمیسینیز. آزربایجان میللی دیرنیش تشکیلاتی اولاراق سیزین ایدیعالارینیزی تکذیب ائدیب سیزی گرچکچیلیک و اینصافا دعوت ائدیریک.
احمد بی وئرلیشین باشلانغیجیندا دئییرسینیز کی گوناز تی وی-دن باشقا هانسیسا بیر فرد و یا سیاسی تشکیلات اورمو گؤلو و کوردچو تئروریست قوروپلار حاقیندا هئچ بیر فعالییت ائتمهییب. وئرلیشده بیلهرک و یا بیلمیهرک چالیشیرسینیز کی بوتون آزربایجانلیلاری ایناندیراسینیز کی گویا بو گونهدک الده ائدیلن بوتون چالیشمالار و نتیجهلر سادجه گوناز تی وی-نین چالیشمالاری سایهسینده اولوبدور.
وورغولاماق ایستردیک کی گوناز تی وی-نین وئردیگی امکلر و باشاریلاری دانیلمازدیر. یالنیز اونوتماماق لازیم کی میللی حرکتیمیز سادجه گوناز تی وی-دن عیبارت دئگیل و بیر چوخ تشکولوموز ایندییه قدر چوخ دگرلی ایشلر گؤروبلر. او جوملهدن آم د ت-نین اورمو گؤلو و باتی آزربایجانداکی کوردچو تئروریسم مساله سی ایله باغلی چالیشمالاری هر کسه آیدیندیر. نه یازیق کی گوناز تی وی و سایین اوبالی بیین بو کیمی داورانیشلاری گوناز تی وی-نین کئچمیشدهکی باشاریلارینا زامان زامان کؤلگه دوشورمکدهدیر.
حؤرمتلی احمد بی، میللی حرکتین گئدیشاتینی یاخیندان ایزلهینلر یاخشی بیلیرلر کی، میللی حرکتیمیز آدیندان دا بللی اولدوغو اوزره اؤز گوجونو میللیلیک و عمومی لیگیندن آلیر. میللی حرکت میلتیمیزین باغریندان قوپان بیر چوخ قورولوش و تشککولدن اولوشور کی هر بیری اؤزونه مخصوص رولا و اؤنمه صاحیبدیر. آ م د ت ده بونلاردان بیریدیر کی، ایلک گوندن اعتیبارناً اینصافسیز تخریباتلارا معروض قالماسینا رغماً گونوموزون ان اؤنملی ساحه لریندن اولان اینفورماسیا و مئدیا ساحه سینده جیدی چالیشمالار اورتایا قویوبدور. مجازی دونیا ایله یاناشی آ م د ت یورد ایچینده ده اولدوقجا باشاریلی مئیدانی فعالییتلرده بولونوبدور کی امینیک سیز و میللی حرکتی یاخیندان تعقیب ائدن هرکس بونلاردان خبرداردیر. اورمو گؤلو و کوردچو تئرروریسم ایسه آ م د ت-نین اؤزل دیقت یئتیردیگی ایکی مساله اولوبدور. اؤزللیکله سون آیلارداکی چالیشمالاریمیز؛ او جوملهدن رسمی بیانات و مکتوبلار، گؤرونتولو موصاحیبهلر، ایچریده یاییلانان جزوه، کاغاذ، سی دی و اس ام اس لر بونون ان آچیق ثوبوتودور.
حال بئله ایکن سیزین میللی حرکتی توپلوجا تدبیرسیزلیک ایله ایتیهام ائتمنیز و گؤرولن بوتون ایشلری اؤز آدینیزا چیخمانیز آنلاشیلماز و سون درجه اوزوجو بیر دورومدور. البته کئچن آیلارداکی دوروملار و گئدیشات ایله باغلی سایین احمد بهیه ده چوخلو سورولار سورماق اولار آما اینانیریق کی بو کیمی داورانیشلار و اؤزللیکله ده اینحیصارچیلیق و موصادیرهچیلیک میللی حرکتیمیزه هئچ فایدا ساغلامایاجاغی کیمی جیدی ضررلر وئرهجکدیر. اونوتمایاق کی کئچمیشده میللی حرکتیمیز اینحیصارچیلیق و موصادیرهچیلیک داورانیشلاریندان دولایی جیدی ضربهلر گؤروبدور و بو ساعاتدان سونرا عئینی یولا گیرمهمیز هئچ منطیقه اویماز!
آ م د ت اولاراق اومود ائدیریک کی حؤرمتلی گوناز تی وی مودورو سایین احمد بی میللی حرکتدهکی قورولوش و تشکولریمیزه قارشی گرچکچی و اینصافلیجا توتومو ایله میللی بیرلیک و برابرلیک روحوموزون گوجلنمهسینه یاردیمجی اولاجاقدیر.
سایغیلارلا
آزربایجان میللی دیرنیش تشکیلاتی (آ م د ت)
06 02 2014
————————————–
AMDT-nin GünazTV Müdürü Əhməd Bəy Obalıya Etiraz Məktubu
Hörmətli Əhməd Bəy Obalı GÜNAZ TV-nin 1 Fevral 2014 verlişində Batı Azərbaycanda Urmu Gölü məsələsi və eyni bölgədə milliyətçi kürdlərin torpaq iddiaları xususunda bütün Azərbaycan Milli Hərəkəti təşkilatlarını qeyidsizlik və tədbirsizlik ilə günahlandırmısınız. Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq sizin iddialarınızı təkzib edib sizi gərçəkçilik və insafa dəvət edirik.
Əhməd bəy verlişin başlanğıcında deyirsiniz ki GÜNAZ TV-dən başqa hansısa bir fərd və ya siyasi təşkilat Urmu Gölü və kürdçü terrorist quruplar haqqında heç bir faliyət etməyib. Verlişdə bilərək və ya bilməyərək çalışırsınız ki bütün Azərbaycanlıları inandırasınız ki güya bu günədək əldə edilən bütün çalışmalar və nəticələr sadəcə GÜNAZ TV-nin çalışmaları sayəsində olubdur.
Vurğulamaq istərdik ki GÜNAZ TV-nin verdiyi əməklər və başarıları danılmazdır. Yalnız unutmamaq lazım ki Milli Hərəkətimiz sadəcə GÜNAZ TV’dən ibarət deyil və bir çox təşəkkülümüz indiyə qədər çox dəyərli işlər görüblər və o cümlədən AMDTnin Urmu Gölü və Batı Azərbaycandaki kürdçü terrorism məsələsi ilə bağlı çalışmaları hər kəsə aydındır. Nə yazıq ki GÜNAZ TV və sayın Obalı bəyin bu kimi davranışları GÜNAZ TV’nin keçmişdəki başarılarına zaman zaman kölgə düşürməkdədir.
Hörmətli Əhməd bəy, Milli Hərəkətin gedişatını yaxından izləyənlər yaxşı bilirlər ki, Milli Hərəkətimiz adından da bəlli olduğu üzərə öz gücünü millilik və ümumiliyindən alır. Milli Hərəkət millətimizin bağrından qopan bir çox quruluş və təşəkküldən oluşur ki hər biri özünə məxsus rola və önəmə sahibdir. AMDT də bunlardan biridir ki, ilk gündən etibarən insafsız təxribatlara məruz qalmasına rəğmən günümüzün ən önəmli sahələrindən olan informasya və medya sahəsində ciddi çalışmalar ortaya qoyubdur. Məcazi dünya ilə yanaşı AMDT yurd içində də olduqca başarılı meydani fəaliyətlərdə bulunubdur ki əminik siz və Milli Hərəkəti yaxından təqib edən hərkəs bunlardan xəbərdardır. Urmu Gölü və Kürdçü terrorism isə AMDTnin özəl diqqət yetirdiyi iki məsələ olubdur. Özəlliklə son aylardaki çalışmalarımız; o cümlədən rəsmi bəyanat və məktublar, görüntülü müsahibələr, içəridə yayılanan cüzvə, kağaz, CD və SMSlər bunun ən açıq sübutudur.
Hal belə ikən sizin Milli Hərəkəti topluca tədbirsizlik ilə ittiham etməniz və görülən bütün işləri öz adınıza çıxmanız anlaşılmaz və son dərəcə üzücü bir durumdur. Əlbəttə keçən aylardaki durumlar və gedişat ilə bağlı sayın Əhməd bəyə də çoxlu sorular sormaq olar ama inanırıq ki bu kimi davranışlar və özəlliklə də inhisarçılıq və müsadirəçilik Milli Hərəkətimizə heç fayda sağlamayacağı kimi ciddi zərərlər verəcəkdir. Unutmayaq ki keçmişdə Milli Hərəkətimiz inhisarçılıq və müsadirəçilik davranışlarından dolayı ciddi zərbələr görübdür və bu saatdan sonra eyni yola girməmiz heç məntiqə uymaz!
AMDT olaraq ümüd edirik ki hörmətli GÜNAZ TV müdürü sayın Əhməd bəy Milli Hərəkətdəki quruluş və təşəkkülərimizə qarşı gərçəkçi və insaflıca tutumu ilə milli birlik və bərabərlik ruhumuzun qüclənməsinə yardımcı olacaqdır.
Sayğılarla
Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT)
06 02 2014