ArazNews
Ana Səhifə / Xəbər / Tramp: İranla sülh razılaşması böyük ölçüdə yekunlaşıb, Hörmüz boğazı açılacaq
Xəbər

Tramp: İranla sülh razılaşması böyük ölçüdə yekunlaşıb, Hörmüz boğazı açılacaq

Tramp: İranla sülh razılaşması böyük ölçüdə yekunlaşıb, Hörmüz boğazı açılacaq


Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə İran və sülhlə bağlı memorandum barədə apardığı ortaq danışıqdan sonra razılaşma böyük ölçüdə yekun mərhələyə çatıb.


ArazNews-un məlumatına görə, Tramp bu razılaşmanın ABŞ, İran və bölgədəki bir neçə ölkə arasında tamamlanmaq üzrə olduğunu və yaxın zamanda rəsmi elan ediləcəyini deyib. O vurğulayıb ki, razılaşmanın əsas maddələrindən biri Hörmüz boğazının yenidən açılması olacaq.


ABŞ prezidenti ayrıca İsrailin baş naziri Benyamin Netanyahu ilə də ayrıca danışdığını və həmin telefon danışığının da “çox yaxşı” keçdiyini bildirib.


Bu açıqlama son saatlarda ABŞ mediasında Tehran və Vaşinqtonun savaşın bitməsi üçün razılaşmaya yaxınlaşdığı barədə xəbərlərin artdığı bir vaxtda gəlib. Hələlik tərəflərdən ortaq rəsmi açıqlama verilməyib.