İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf X sosial şəbəkəsində paylaşdığı mesajda İran adalarına ediləcək hər hansı hücumun sərt cavabla qarşılanacağını bildirib.
ArazNews-un məlumatına görə, Qalibaf yazıb ki, İran adalarına qarşı hər hansı “təcavüz” baş verərsə, İran İslam Respublikası bütün məhdudiyyətləri kənara qoyacaq.
O həmçinin hədələyib ki, belə bir hücum baş verərsə, Xələc bölgəsi “hücum edənlərin qanı ilə rənglənəcək” və ABŞ əsgərlərinin ölümü ilə bağlı məsuliyyət Donald Trampın üzərinə düşəcək.