“Hanzala” haker qrupu ABŞ-da tibbi texnologiya şirkətinə kiberhücuma görə məsuliyyəti üzərinə götürdü
İranın Kəşfiyyat Nazirliyi ilə əlaqəli olduğu deyilən “Hanzala” haker qrupu ABŞ-da fəaliyyət göstərən bir tibbi texnologiya şirkətinə qarşı həyata keçirilən kiberhücuma görə məsuliyyəti üzərinə götürüb.
ArazNews-un məlumatına görə, NBC News bildirir ki, Miçiqan ştatında yerləşən tibbi avadanlıq şirkəti “Stryker” kiberhücuma məruz qalıb.
Şirkətin əməkdaşlarından biri bildirib ki, işçilərə verilmiş mobil telefonlar işləməz vəziyyətə düşüb və əməkdaşlar arasında daxili rabitə pozulub.
Ekspertlərin fikrincə, hakerlər şirkətin Microsoft hesabları vasitəsilə sistemlərə daxil olub və bəzi cihazları zavod parametrlərinə qaytara biliblər.
NBC bu hücumu İranla əlaqələndirilən və iki ölkə arasında müharibə başlayandan sonra ABŞ şirkətinə qarşı həyata keçirilən ilk diqqətəlayiq kiberhücum kimi qiymətləndirib.