Yeni GAMOH’un 10-cu Quruluş İl Dönümü İlə Bağlı(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformasının Bildirişi

Əziz Azərbaycan Türk Milləti

29 Mart (9 Fərvərdin) Yeni GAMOH quruluşunun 10-cu quruluş il dönümüdür. Bu münasibətlə Yeni GAMOH Başqanı Sayın Lətif Həsənini, Mərkəzi Komitəsini , üyələrini, sevənlərini, eləcə də Güney Azərbaycan Milli Hərəkatına könül vermiş hər bir vətəndaşımızı təbrik edirik.

Yeni GAMOH quruluşu 10 ildən bəri fəaliyyət etsə də hamımız bilirik ki bu quruluşun yaradıcıları en az 25 ildən bəri milli hərəkatımızda can-ü-könüldən mübarizə edirlər və hərəkatımızın bu günlərə gəlib çatması üçün böyük əməklər verib, böyük bədəllər ödəyiblər və ödəyirlər. Yeni GAMOH Mərkəzi Şurasının bütün üzvlərinin tutuqlanarq haqsızcasına uzun müddətli həbsə məhkum edilməsi, milli hərəkatımızın tarixi dönüm nöqtələrindən olmuşdur. Özəlliklə Yeni GAMOH Başqanı Sayın Doktor Lətif Həsəni’nin zindandaki tarixi dirənişi hərəkatımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Yeni GAMOHun yaşadıqları millətimizin gərçək mənada sömürgə altında yaşadığının ən açıq sübutlarından biridir. Çünki bir daha göstərmişdir ki İran rejimi hətta öz yarımçılıq ana yasasının çərçivəsində belə Türk millətinə yaşam şansı tanımır.

Əminik ki, vətənimizin bu soyuq qışı bir gün sona çatacaq və vətən torpağından çıxan Qar Çiçəkləri bir daha vətənimiz, gözəl amma məzlum və talanmış Azərbaycanı al-əlvan bir gül bağçasına çevirəcək.

O günün ümidiylə… yaşasın milli qurtuluş və özgürlük mübarizəmiz

(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması
AZOH – DİRƏNİŞ – GADP

30/03/2022

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*


Time limit is exhausted. Please reload CAPTCHA.