İran İnqilab Keşikçiləri Korpusunun Təbrizdən İraqa raket hücumunu qınayırıq

[Güney] Azərbaycan Siyasi Quruluşları Əməkdaşlıq Platformasının SEPAH-ın Şimali İraqa raket hücumunu ilə bağlı analizi;

Martın 13-də İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Güney Azərbaycanda Təbriz yaxınlığındakı bazalarından qeyri-qanuni və sabitliyi pozan bir hərəkətlə şimali İraqa 12 ballistik raket atıb. Bu hərəkətdən dərhal sonra İranın təbliğat aparatı bu raketlərin buraxılış nöqtəsinə istinad edərək, qonşu Türkiyə və Quzey Azərbaycana masaj olduğunu vurğuladı.
Beynəlxalq aləmdə “nə şərq, nə qərb” şüarı əsasında strategiya mənimsədiyini iddia edən İran İslam Respublikası; artıq şərq güclərinin arxa bağçasına çevrilirkən, şərq güclərinin siyasəti isə İran xalqları üçün getdikcə daha aydın görünür.

Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bir zamanda İslam Respublikasının İraqa raket zərbəsi endirməsi təsadüfi deyil və İranın ən azı hədəflərindən biri, Rusiyanın maraqlarına uyğun hərəkət etmək olub. İran İslam Respublikasının bu hərəkətləri İran xalqlarının mənafeyinə ziddir və rejimin bu məntiqsiz siyasətləri üzündən İran xalqlarının həyatı getdikcə çətinləşir. Təbii ki, bu cür hərəkətlər yalnız İran İslam Respublikasının təbliğatıdır və İranda yaşayan xalqların böyük bədəl ödəməsinə səbəb olur.

Bu arada tolerantlıq beşiyi olan Təbriz və Güney Azərbaycan məqsədyönlü şəkildə bu ballistik raketlərin atış nöqtəsi seçildi. Daha sonra isə İran dövlət mediası və “İranşəhri” fars faşizmi onu Türkiyə və Quzey Azərbaycana açıq mesaj olaraq manşetlərə çıxardı. Bu hay-küy Bakı və Ankaranın Təbriz və Güney Azərbaycan milli hərəkatı ilə olan dərin bağlarından İranın qorxu və narahatlığının bariz göstəricisidir. Amma Təbriz və Güney Azərbaycan, Tehran hökumətinin saldırqan və müstəmləkəçi ideologiyasına zidd olaraq, həmişə bütün bölgə və dünya xalqları üçün sülh, dostluq və qardaşlıq mesajını daşıyıbdır. Necə ki indi qalmaqallı vəziyyətdə olan Yaxın Şərqdə Güney Azərbaycan öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsini sivil və demokratik şəkildə həyata keçirən az sayda toplumlardan biridir.

[Güney] Azərbaycan Siyasi Quruluşları Əməkdaşlıq Platforması olaraq biz İran İnqilabı Keşikçiləri Korpusunun Təbrizdən qonşu ölkələrə raket atmasını sabitliyi pozan və aqressiv bir hərəkət kimi qətiyyətlə pisləyirik və vurğulayırıq ki, Güney Azərbaycan azadlığını əldə etdiyi gün qonşu xalqlara və dünyaya sülh və qardaşlıq mesajı verəcək.

[Güney] Azərbaycan Siyasi Quruluşları Əməkdaşlıq Platforması
AZOH – Dirəniş – GADP
16.04.2022

1 geri izleme / bildirim

  1. حمله موشکی سپاه پاسداران ایران از تبریز به کشور عراق را محکوم می‌کنیم – تشکیلات مقاومت ملی آزربایجان

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*


Time limit is exhausted. Please reload CAPTCHA.