31 Dekabr Azərbaycan Dayanışma (Həmrəylik) Günü Qutlu Olsun!

1813-dən bu günədək düşmənlər tərəfindən parçalanmaya başlayan elimizin, yurdumuzun,1989-cu ildə həmrəylik və birlik günü, birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycan Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir çəpərli dəmir pərdəni söküb-dağıtdığı, Bu gün Azərbaycan öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! Dünyada yaşayan 50 milyondan çox Azərbaycan dayanışma (həmrəylik) günü, hər il coşqu ilə qutlamaqda və aralarındaki bağlarının gücləndirilməsində, milli bilincin yüksəlməsində önəmli bir rol oynamaqdadır!
2020-ci ildə 44 günlük ikinci Qarabağ savaşında qazanılan zəfər Quzey Azərbaycanın torpaq bütünlüyü yolunda anlamlı və uğurlu addım sayılmaqla bərabər, həm də Azərbaycanın bütövlük məfkurəsində yeni bir ruh və gücün ortaya çıxmasının nədəni olmuşdur!
Güney Azərbaycanın bir çox şəhərində minlərcə vətəndaşımızın, Quzey Azərbaycanımızla həmrəylik və birlik göstərmələri, Fars şovinist rejiminin qəzəbləndirmiş, çox sayda vətəndaşımız bu nədənlə İran rejimi tərəfindən cəzalandırılmışdır.

Azərbaycan Milli Hərəkatın günü gündən say və keyfiyyət baxımından güclənməsi eyni halda Azərbaycan Cümhuriyyətimizin hər alanda özəlliklə də əsgəri alanda irəliləməsi bütöv Azərbaycan birliyinə dərin ümidlər yaratmışdır. İran Fars rejiminin isə bu gedişata qarşı apardığı siyasətlər, özəlliklə də əsgəri təlimləri boşa çıxmışdır.
Azərbaycanın dayanışma və həmrəyliyi Azərbaycanın bütövlük yolunun açarı olmaqla birlikdə, həm də Türk Dünyasının yeni ümidi olan Türk Dövlətlər Təşkilatının geopolitik və geostratejik baxımından önəmli bağıdır!

Bu vəsilə ilə Güney Azərbaycan Siyasi təşkilatları olaraq Azərbaycanın həmrəylik və birlik bayramını Dünya Azərbaycanlılarına təbrik edirik!
Bayramımız qutlu olsun!

Güney Azərbaycan Təşkilatlar İş Birliyi:

1- Azadlıq Cəbhəsi (GAMAC)
2 – Azərbaycan Mərkəz Partiyası (AMP)
3- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4 – Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5 – Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6 – Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7 – Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8 – Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9- Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

1 geri izleme / bildirim

  1. ۳۱ دسامبر روز همبستگی آزربایجانی های جهان مبارک – تشکیلات مقاومت ملی آزربایجان

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*


Time limit is exhausted. Please reload CAPTCHA.