Oxulların yenidən açılması ilə bağlı Birgə Bəyanat:

Mehr ayının biri ,İranda qeyri-fars millətlərin kültürel ,soyqırım günüdür!

İran adlanan ölkədə oktyabr ayının başlanğıcı, qeyri-fars millətlərin mənəvi soyqırımına ,”yandırılmış torpaq” və asimilə etmə siyasətinə qəbul etmək deməkdir!
İranda Oxullar oktyabr ayında açılacaq və on illiklər ərzində olduğu dək ,İranda çox millətli qeyri-fars millətlərin günahsız üşaqların mənəvi soy qırımı yeniden başlanacaq.

İranda ilk müasir məktəbi quran Azərbaycan, “Vətən Dili ” adlı ilk milli Azərbaycan dərsliyini Azərbaycan türk dilində yazdı. O, eyni zamanda öz yüksək mədəniyyətinə dayanaraq ,dövrün geri qalmış irticaçılarına qarşı vətənin günahsız qızlarını tərbiyə və eytiminə çalışdı,başarılı addımlar atdı .ancaq ,təhqir, tarixi təhrif ,aşağılama, və milli basqıdan başqa heç sey əldə etmədi. Türklər Azəri oldu, türk adları fars dilinə çevrildi və ya tərcümə edildi, Güney Azərbaycanın tarixi torpaqları parça parça olundu və türklərin məzlum evladları, Azərbaycan cənnətindən ,iş üçün ,halal qazanç üçün İranın çöllerine köçmə məcburiyətində qalırlar!
Oktyabrın 1 -də məktəblər açılır, amma nə qədər acıdır ki, bir türk öyrəncisi ana dilini köhnə xatirələrlə bağlanır və bugün kültür qırımının ,odunu olur.

Məktəblərdə türkcə danışmaq qadağası, cərimələrin təyin edilməsi və yas törənlərində ,yas yasağı, etirazçıların bu ölkədən qovulması və on minlərcə insanımızın ,1325 -ci ilin dekabrında vəhşicəsinə öldürülməsi ,İran şovinizminin millətimizə qarşı ,Türk dilini yox etmək üçün yalnız bir neçə nümunesi sayılır .Ancaq müasir dünyada və sivil insan aləmində ana dilini öyrənmək və ana dilində eytim almaq, hər bir öyrəncinin ən açıq və zorunlu ,haqqı və hüququdur. Ana dilinin bəyannaməsi,Ümumdünya İnsan Haqları hüququ,beynəlxalq bəyannamələr və konvensiyalar bunu təsdiqləyirlər.

bu il Oxulların yenidən açılması, ərəfəsində Güney Azərbaycan Milli Hərəkatının onlarla tanınmış fəalının, Ana dilində eytim üçün göstərdikləri sivil mübarizəyə qarşı ,İran rejiminin cavabı həbsxanalar ,işgəncələr məruz qalmaları olmuşdur !
Vətən işğal və zalımlıq boyunduruğundadır ,hökmdarlar çox yaxşı bilməlidir ki, Azərbaycan Türk milləti, öz varislərinin mədəni və milli hüquqlarının tam şəkildə həyata keçirilməsi uğrunda mübarəyə davam edəcək və Türk dilinin İranda tanınmasına qədər təslim olmayacaq.

ana dilində eytim almaq hüququ, Öz müqəddəratını bəlirləmə hüququnun əldə edilməsinə dək ,zəfərin tam həyata keçirilməsinə dək davam edəcək.

Biz, Güney Azərbaycan təşkilatları və partiyaları, iran kəşfiyyat agentlərinin türk siyasi fəallarını yersiz və əsassız həbs etmələrini şiddətlə qınayırıq və onların qeyd -şərtsiz azad edilməsini tələb edirik bildiririk ,Azərbaycanlı fəalların sağlamlığı və təhlükəsizliklərinə ,rejim sorunludur və məsuliyyət daşıyır.


Yaşasın Azərbaycan

Əlifba üzərə yazilan partiyalar
1- Azadlıq Cəbhəsi (GAMAC)
2- Azərbaycan Mərkəz Partiyası (AMP)
3-Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4- Azərbaycan Öyənci Hərəkatı (AZOH)
5- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6- Güney Azərbaycan İstiqlal Partiyası(GAİP)
7- Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9-Güney Azərbaycan Demokratik Türk Birliyi(GADTB)

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*


Time limit is exhausted. Please reload CAPTCHA.