Salı 1 Aralık 2020

Araz News

Azerbaycan Milli Direniş Teşkilatının Haber Web Sitesi
araznews2010@gmail.com www.araznews.org

Haber Başliklari:

Güney Azərbaycanda 1 Oktyabr Qiyamı ilə bağlı (Güney) “Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması”nın Bəyanatı

Şimali Azərbaycan dövləti, otuz ilə yaxın davam edən dözüm və danışıqlardan sonra, Azərbaycan milli ordusu qeyrətli komandirləri, zabitləri və əsgərlərinin köməyi ilə işğal altındakı Qarabağ ərazilərinin azad edilməsi üçün cəbhədə cəsarətlə irəlilərkən, İran İslam Respublikası bir tərəfdən Ermənistanın işğalçılığına siyasi, kəşfiyyat və hərbi dəstəyini davam etdirərək, digər tərəfdən isə Güney Azərbaycan şəhərlərində qorxu atmosferi yaratmağa cəhd göstərir. Ancaq 1 oktyabrda qəhrəman Təbriz və (Güney) Azərbaycanın digər şəhərlərində türk gənclərinin küçələrdə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək aksiyaları, bir daha İran faşizmi və İran İrticasının əsaslarını sarsıtdı.

İlk növbədə, İranın faşist irticaçı rejimi aksiyaları gözyaşardıcı qaz, plastik güllələr və kütləvi həbslər ilə dağıtmağa çalışdı. İkinci mərhələdə isə İran faşizminə əsaslanan sözdə demokrat fars dilli mediaları xəbərləri təhrif edərək Azərbaycan türk gəncliyinin səsini yatırmağa və boykot etməyə cəhd göstərdilər.

Ancaq Azərbaycan türklərinin bölgə gəlişmələrində mövcudluğunun siyasi əhəmiyyəti o qədər yüksəkdir ki, dünyada ayıq vicdanlar Təbriz, Urmiya, Ərdəbil, Zəngan, Tehran və s. şəhərlərin küçələrində baş tutan bütün olayları diqqətlə müşahidə edir.

Tehran hakimiyyəti və İran faşistləri bilirlər ki, Azərbaycan gəncliyinin hər bir azadlıq fəryadı Güney Azərbaycanı milli taleyini təyin etməyə bir adım daha yaxınlaşdıracağını bilirlər.

Güney Azərbaycan şəhərlərində “1 Oktyabr qiyamı”, bir tərəfdən, faşist və mürtəce hakimiyyətin nəzəriyyələrinin və mərkəziyyətçi müxalifətin Azərbaycan milli hərəkatına qarşı mənfi təbliğatlarının çürümüş olduğunun sübutu idi, digər tərəfdən isə, milli məfkurə və tələblərin Güney Azərbaycan xalqının əsas qayğısı olduğunu, Azərbaycan Milli Hərəkatının təşkilatları Azərbaycan icmasının müxtəlif təbəqələrində nüfuzu bir inkaredilməz həqiqət olduğunun göstəricisi idi.

“1 oktyabr qiyamı” Azərbaycan şəhərlərindəki hakimiyyətin yaratdığı qorxu atmosferini qıraraq, Azərbaycan milli hərəkatındakı bütün siyasi, təşkilati və media qüvvələrinin birliyinin, əməkdaşlığının və yaxınlaşmasının açıq bir təzahürü olmasına baxmayaraq, digər tərəfdən İran faşizminin əsəbləşməsinə və Azərbaycan zabit və əsgərlərinin Qarabağ azadlıq cəbhələrində mənəvi gücünü artırmasına səbəb olduğu qənaətindəyik.

İranın bəzi dini və hökumət muzdluları müxtəlif yollarla Tehranın bir müsəlman ölkəsinə xəyanət etməsi məsələsini ört-basdır etmək və silməyə çalışdılar. Təbrizdəki anti-Azərbaycan İran radio və televiziyasının aparıcıları Tehranın xain və hiyləgər siyasətini gizlətməyə böyük səy göstərdilər. Ancaq Güney Azərbaycanda xalqın tarixi təcrübəsi, siyasi və milli şüur ​​səviyyəsi o qədər yüksəlibdir ki, İran İslam Respublikasının və mərkəziyyətçi müxalifətinin oyunlarının təsirsiz qaldığını müşahidə edirik.

Biz (Güney) “Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması” olaraq, 1 Oktyabr aksiyalarını Güney Azərbaycan Milli Hərəkatında dönüş nöqtəsi və milli mübarizədə yeni bir səhifənin başlanğıcı kimi dəyərləndiririk. koordinəli şəkildə bir vahid siyasət apararaq, milli hərəkat tarixinə bir şanlı səhifə yazdıran bütün media və müxtəlif təşkilat rəsmilərinə, eləcə də Azərbaycanın türk siyasi qüvvələrinə və gənclərinə ürəkdən təşəkkür edirik.

Güney Azərbaycanda 1 Oktyabr Qiyamı ilə bağlı (Güney) “Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması”nın Bəyanatı
Güney Azərbaycanda 1 Oktyabr Qiyamı ilə bağlı (Güney) “Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması”nın Bəyanatı

İran faşizminə qarşı apardığımız mübarizə və Qarabağın işğal olunmuş ərazilərinin azad edilməsinə dəstəyimiz, milli və inqilabi iradə ilə davam edəcəkdir. Bu kritik günlərdə İranın Ermənistana siyasi və hərbi dəstəyi dayandırılana qədər və işğal olunmuş ərazilərin azad edilməsinə qədər davam edəcəkdir. Güney Azərbaycanın şəhərləri və küçələri İran faşizminə çox dar və təhlükəli yer olacaqdır.

1 oktyabr aksiyası zamanı bir çox Azərbaycanlı türk gənci vəhşicə döyülərək təhlükəsizlik qüvvələrinin nəzarətinə alınıb, bir çox sayda milli fəal isə bir gecədə naməlum yerlərə köçürülüb.

Biz (Güney) “Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması” olaraq, İran İslam Respublikasının məhkəmə və təhlükəsizlik orqanlarını, xüsusən faşist hakimiyyətinin müxtəlif orqanlarında çalışan bəzi türkdilli satqın muzdlulara saxlanılan gənclərin sağlamlığı və taleyi haqda məsuliyyətin birbaşa onların özlərində olduğu həmçinin bu saxlanılan gənclərə qarşı hər hansı bir təzyiq və zorakı rəftarın çox mənfi nəticələrə səbəb olduğu haqda, ayrıca Azərbaycan xalqının onlara qarşı yaralarının dərinləşəcəyini, müqavimət və cəzalandırma ruhunun alovlanacağını xəbərdarlıq edirik.

(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması

(AZOH, Dirəniş, GADP)

3.10.201

 

Yorumunuzu yazın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Time limit is exhausted. Please reload CAPTCHA.