Perşembe 21 Ocak 2021

Araz News

Azerbaycan Milli Direniş Teşkilatının Haber Web Sitesi
araznews2010@gmail.com www.araznews.org

Haber Başliklari:

Azərbaycan Demokrat Firqəsinin 75-ci Quruluş il dönümü münasibətilə Azərbaycan Siyasi Quruluşlarının Ortaq Bəyanatı

Əziz Azərbaycan Türk milləti və Milli Hərəkat fəalları!

1945-ci il 3 sentyabr Azərbaycanın Güneyində milli mübarizə tarixində bir dönüş nöqtəsi olmuşdur. Bu tarix Güney Azərbaycan Türklərinin mərkəziyyətçi düşüncə və pan-iranist milliyyətçiliyinə qarşı milli oyanışının ən uca zirvələrindən biridir.

İki qütblü dünyanın bir-biri ilə üz-üzə gəldiyi başlanğıc dövrdəki çalxantılı günlərdə Azərbaycanın Güneyinin siyasi elitası Azərbaycan Demokrat Firqəsinin ilk Konqresini demokratik əsaslarda qurdu və bi neçə gün davam edən müzakirələr nəticəsində Azərbaycan Demokrat Firqəsinin Quruluş bəyanatı elan olundu. O zamankı standartlara görə son dərəcə mütərəqqi bir bəyanat olan 12 maddəlik bu bildirgə ilə Azərbaycan Türk Milləti öz taleyinə hakim olmaq zərurəti və iradəsini ortaya qoymuşdur.

O bəyanatın bəyan olunmasından 75 il ötsə də, bölgəmizdə iri dünya güclərinin siyasi, əsgəri və iqtisadi maraqları dəyişməyib və hələ də İran adlı qondarma dövlətdə fars olmayan millətlərə qarşı başda Tehran rejimi olmaqla, arxalarındakı güclərin müstəmləkəçilik siyasətləri olduğu kimi davam edir. Hələ də Azərbaycanın Güneyində Türk millətinə qarşı təzyiqlər, ayrı-seçkiliklər, zülmlər və talanlar həyata keçirilir. İran adlanan qondarma dövlət və onun yerli qulluqçuları Azərbaycan Türk Milləti və onun haqlarını müdafiə edən milli fəallara qarşı heç bir basqı, təzyiq və təxribatdan geri çəkilmir, əksinə daha da azğınlaşırlar.

Azərbaycan Demokrat Firqəsinin 12 maddəlik Bəyanatının bəyan olunmasından 75 il sonra İran adlı qondarma dövlətdə dəyişən heç bir şey yoxdur və bu qondarma dövlətin totalitar və gerizəkalı rejimi fars olmayan millətlərə qarşı etnik təmizləmə siyasətini olduğu kimi davam etdirir. Təəssüflər olsun ki, fars elitası İran adlı qondarma dövlətdə yaşayan Türk, Ərəb, Bəluç, Kürd və b. fars olmayan millətlərə qarşı aparılan dəhşətli zülmlərə səssiz qalmaqda, bu millətlərin azadlıq mübarizəsini boğan İran adlı qondarma dövlətə dəstək verməkdədirlər.

75 il öncə olduğu kimi bu ğun də müstəmləkəçi İran adlı qondarma dövlət Azərbaycanın Güney Türklərinin milli müqəddaratını təyinetmə hüququnu qulaqardına vurur və demokratik, modern bir topluma çevrilmək cəhdini məhv etməyə çalışır. O zaman bu bəyanata imza atanları Sovet agentləri adlandıranlar, bu gün də Azərbaycanın Güney Milli fəallarını Türkiyə, Azərbaycan, ABŞ v.s. ölkələrin casusları olmaqda ittiham edir, bu qondarma bəhanə ilə onları həbsə ataraq işgəncələrə məruz qoyurlar. Tarixin təkrarı olaraq yenə da onun şahidi oluruq ki, indi də Azərbaycanın milli qüvələrinin qarşısında Tehrandakı müstəmləkəçilərlə onların yerli əlaltıları və buyruqçuları bir cərgədədirlər.

Bununla belə, hesab edirik ki, Azərbaycanın Güneyində müstəmləkəçi rejimə qarşı savaş açan Qurtuluşçu qüvvələrin haqq və ədalət uğrunda bu tarixi mübarizəsi qalib gələcək və millətimiz özü öz taleyinə hakim olacaqdır.

Bütöv Azərbaycan Ocaqları (BAO)

Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması (AZOH – DİRƏNİŞ – GADP)

03.09.2019

Yorumunuzu yazın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Time limit is exhausted. Please reload CAPTCHA.