Həlimə xanımın vəfatı ilə bağlı Azərbaycan Milli Dirəniş Təşkilatı başsağlığı verib

Əziz Azərbaycan Türk Milləti
Azərbaycanın ölməz və unudulmaz öndər və dövlət adamı rəhmətli Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Xanım Türkiyə’də müalicə alarkən dünyasını dəyişmişdir.
Rəhmətlik Əbülfəz Elçibəyin yadigarı olan Həlimə xanımın vəfatı hər bir vətən sevər Azərbaycan Türkü kimi bizi də dərindən kədərləndirdi.
Başda ailəsi olmaq üzərə bütün Azərbaycan Türk Milləti və Türk Dünyasının başı sağ olsun. Mərhumənin yeri uçmaq olsun.
Azərbaycan Milli Dirəniş Təşkilatı
Mərkəzi Şura
15.06.2019
Yorumunuzu yazın.