Salı 1 Aralık 2020

Araz News

Azerbaycan Milli Direniş Teşkilatının Haber Web Sitesi
araznews2010@gmail.com www.araznews.org

Haber Başliklari:

Milli hökümətin ildönümü münasibəti ilə güney Azərbaycan təşkilatları toplantı keçirdi

Quruluşunun 73-cü ildönümündə “Güney Azərbaycan Milli Hökuməti” konferansı və qutlama şöləni münasibəti ilə Azərbaycandan və Avropadan Türkiyəyə gəlmiş siyasi partiya və ictimai təşkilatların təmsilçiləri Dekabr ayının 15-de (24 Azər) Ankarada yığıncaq keçirmişlər.

Görüşdə Orta Doğuda mövcud durum, İran İslam Cümhuriyyətini bürüyən dərin iqtisadi, siyasi böhran və Urmiyə Gölünün süni surətdə qurudulması, eləcə də Iraq, Türkiyə və Güney Azərbaycanın batı bölgələrində fəaliyyət edən terrorçu təşkilatlarının düşməncəsinə hərəkətləri və nəticədə Güney Azərbaycanı gözləyən fəlakətlər üzərində dayanılmış, geniş müzakirələr aparılmışdır.
Görüşdə eyni zamanda Təbriz Araşdırmaları Institutunun hazırladığı Federal İran Cümhuriyyəti Anayasası layihəsi müzakirə edilmişdir.

Azərbaycan Öyrenci Hərəkatı – AZOH
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Dünya Azərbaycanlıları Konqresi – DAK
Güney Azərbaycan Demokrat Partiyası – GADP
Güney Azərbaycan Sosyal-Demokrat Partiyası
İran Türkləri Platformu
Təbriz Araşdırmaları Institutu – TEBAREN

 Adlar əlifba sırası ilədir.

Yorumunuzu yazın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Time limit is exhausted. Please reload CAPTCHA.