Perşembe 21 Ocak 2021

Araz News

Azerbaycan Milli Direniş Teşkilatının Haber Web Sitesi
araznews2010@gmail.com www.araznews.org

Haber Başliklari:

Azerbaycan Kültür Ocağı’nın Hasan Bey Demircinin vefatı ile bağlı başsağlığı bildirisi

AZƏRBAYCAN BAŞIN SAĞ OLSUN

Güney Azərbaycanın tanınmış və sayqın ictimai-mədəni xadimi Həsən Dəmirçi 2018-ci il iyun ayının 24-də ömrünün 77-ci yaşında Təbriz şəhərində vəfat etmişdir. Bu acı xəbər Berlində mədəni fəaliyyət göstərən Azərbaycan Kültür Ocağı üzvlərində böyük üzüntü və kədər hissi yaratmışdır.

1941 ildə Təbrizdə anadan olmuş Həsən Dəmirçi ömürü boyu öz halal zəhmətiylə yaşamış, bütün şüurlu həyatını Azərbaycan məfkürəsinə həsr etmişdir. Qayğıkeş və səxavətli bir insan kimi xalq arasında ona Həsən Azərbaycan ləqəbini verlimişlər.

1986-ci ildə Təbrizdə Azərbaycan Mədəniyyət Ocağı qurulduqda Həsən Dəmirçi musiqi bölümunun məsulu seçilir. Gənclərdə doğma yurda məhəbbətin aşılanması, milli ruhda yetişmələri üçün hərcür maniyələrə rəğmən Güney Azərbaycanda onun himayəsində bir çox özfəaliyyət musuqi dərnəkləri yaranır.

Müəllifi olduğu “Azərbaycan muğamları” kitabı və Güney Azərbayan mətbuatında yazdığı bir çox məqalələri Güneydə musuqi mədəniyyəti sahəsində çalışan çoxları üçün ilham mənbəyi olur.

Həsən Dəmirçi və onun musuqi qrupu Azərbaycan Kültür Ocağı tərəfindən 2000-ci ilin Noyabr ayının 11-də Berlin şəhərinə dəvət olunmuş, Almaniyada yaşayan Azərbaycanlılarla yanaşı alman dinləyiciləri üçün gözəl konsertlə çıxış etmiş, Güney Azərbaycan incəsənətinə şöhrət gətirmişlər.

Həsən Dəmirçi həm də qorxmaz və cəsur bir insan idi. Milli düşüncəyə malik bu gözəl insanın yoxluğu onu tanıyan hər kəs üçün böyük üzüntü və sartsıntıdır.

Azərbaycan Kültür Ocağı Həsən Dəmirçinin doğmalarına, əzizlərinə, Azərbaycan mədəniyyətinə könül vermiş insanlara və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Həsən Dəmirçi bizlərin qəlbində həmişə yaşayacaqdır.
Azərbaycan Kültür Ocağı Berlin 25.06.2018

Yorumunuzu yazın.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Time limit is exhausted. Please reload CAPTCHA.