“Azərbaycan Milli Hökumətinin” yaradılmasının 72. İl dönümü münasibətilə Azərbaycanın siyasi partiyaları və siyasi qruplarının birgə bəyanatı

“Azərbaycan Milli Hökumətinin” yaradılmasının 72. İl dönümü münasibətilə Azərbaycanın siyasi partiyaları və siyasi qruplarının birgə bəyanatı

 

21 dekabrda Azərbaycan milli hökumətinin qurulmasının ildönümü, millət iradəsinin təzahürü və Aparteidin zülmü və ayrı-seçkiliyinə qarşı milli dirənişin kristalləşməsinin ildönümü “Güney Azərbaycan Dövlətçilik Günü” kimi Azərbaycan Türkləri tərəfindən hər il qeyd olunur.

Azərbaycan milli hökumətinin rəhbərləri çoxlu daxili və beynəlxalq çətinliklərə baxmayaraq, həbsxanalara və deportasiyalara dözərəkç 12 dekabrda Güney Azərbaycan xalqının qəhrəman evladlarının fədakarlğı və mübarizəsi nəticəsində müasir və demokratik qaydanın təməlləri qoyulmuşdur.

Diktatorların hakimiyyəti altında olan ərazinin cahilliklə bürüdüyü bir zamanda, Şahid Seyyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan hökuməti milli qurumların yaradılması və “geyim azadlığı”, “qadınlara səs vermək hüququ”, “Türk dilinin rəsmiləşdirilməsi”, və şəhər infrastrukturunun bərpası, kəndlərdə torpaq islahatlarının aparılması və sosial təminat yaradılması yolu ilə məzlum xalqlar arasında yeni bir fəsil yaradıldı.

Baxmayaraqkı Azərbaycan milli hökuməti bir ildən çox yaşamadı və xalq tərəfindən seçilmiş hökümət İran rejimi və böyük dövlətlərin siyasi-ideoloji polarizasiyasının sui-qəsd və razılığının qurbanisi olmuşdur.

Amma şəhid Seyyid Cəfər Pişəvəri və  minlərlə azərbaycan evldaları Pəhləvanın təcavüzkar sistemi və İstanlin sürgünlərinə dözərək Azərbaycanın şimali torpaqlarında yaranmış “Məhəmməd Əmin Rəsulzadə” milli hökumətindən sonra ikinci milli hökümət təcrübəsini millətimizə miras buraxmışdır. Azərbaycan milli hökumətinin yaranmasından yetmiş iki il sonra biz Milli hərəkatın fəalları və siyasi partiyaları “Azərbaycan Milli Hökumətinin” varisi və davamçılarıyıq.

 

Təbii ki, həssas, beynəlxalq və regional siyasi qarqaşa və böhranlar zamanı milli fəallar və Azərbaycan qrupları milli döyüşçülərin yollarının qorunması və davam etdirilməsinə görə məsuliyyət daşıyırlar.

Azərbaycan xalqının düşmənlərinin sui-qəsdinin aradan qaldırılması və Cənubi Azərbaycan türklərinin milli və siyasi taleyini İnsan Hüquqlarının Ümumi Bəyannaməsi və beynəlxalq müqavilələrinə dayanaraq bərpa edilməsi qurumlara arası əməkdaşlıq və emosional həyəcanlardan qaçlnmaq və habelə siyasi dialoq əsasında və qarşı düşüncəyə hörmət etməkdən asılıdır.

Biz birgə bəyanata imza atanlar,  edam və sürgündə canlarını itirən minlərlə “Azərbaycan Milli Hökumətinin” şəhidinə hörmət edrək, müasir siyasi fəlsəfə  əsasında qurulan Azərbaycan Milli Hökumətinin yaradılmasının 72.ildönümüdə “Güney Azərbaycan Dövlətçilik Gününü” qeyd edir və Güney Azərbaycan Azərbaycan türk millətinin milli-siyasi taleyini müəyyən etmək üçün milli mübarizənin davam etdirilməsini vurğulayırıq.

 

Yaşasın Azərbaycan Türk Milləti

Yaşasın Azərbaycan Milli Hərəkatı

 

Təşkilat imzaları:

 

12/11/2017

 

1- Azərbaycan Demokratik Birligi- Birlik

2- Azərbaycan Milli Dirəniş Təşkilatı – AMDT

3- Azərbaycan Öyrənci Hərəkəti- AZOH

4- Dünya Azərbaycanlıları Konqresi- DAK

5- Güney Azərbaycan Demokrat Partiyası- GADP

6- Güney Azərbaycan Demokrat Türk Birliyi- GADTB

7- Güney Azərbaycan İnsan Haqları Mərkəzi)

8- Güney Azərbaycan İnsan Haqları Şurası – ABŞ

9- Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

10- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP

11- Güney Azərbaycan Qurtuluş Partiyası

12- Güney Azərbaycan Sosial Demokrat Partiyası

13- Milli Yol Təşkilatı

14- Vahid Müstəqi Azərbaycan Cəbhəsi

 

Yazar Hakkında

Benzer yazılar

Yanıt verin.

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Time limit is exhausted. Please reload CAPTCHA.

Bütün Haklar Saklıdır.