آراز نیوز

ارگان خبری تشکیلات مقاومت ملی آزربایجان

دیرنیش
جمعه ۲ام آذر ۱۴۰۳
آخرین عناوین
شما اینجا هستید: / خبر / آزربایجان / آغاز به کار «پلاتفرم همکاری سازمان‌های سیاسی آزربایجان»

حرکت ملی آزربایجان:

آغاز به کار «پلاتفرم همکاری سازمان‌های سیاسی آزربایجان»

پلاتفرم همکاری سازمان‌های سیاسی آزربایجان در یک نشست مطبوعاتی در باکو پایتخت آزربایجان شمالی به امضای نمایندگان سازمان‌های مذبور رسید.

آغاز به کار «پلاتفرم همکاری سازمان‌های سیاسی آزربایجان»
16 آوریل 2019 - 02:03
کد خبر: ۵۰۸۶۲
تحریریه آرازنیوز

پلاتفرم همکاری سازمان‌های سیاسی آزربایجان جنوبی در یک نشست مطبوعاتی در باکو پایتخت آزربایجان شمالی به امضای نمایندگان سازمان‌های مذبور رسید.

در این نشست مطبوعاتی که در مرکز بین‌المللی مطبوعات باکو برگزار می‌شد با سخنرانی دکتر دیلاور عظیملی عضو هئیت علمی آکادمی علوم آزربایجان آغاز و سپس پیام ویدئویی سخنگوی جنبش دانشجویی آزربایجان – آذوح امیر مردانی و به دنبال آن پیام ویدئویی سخنگوی تشکیلات مقاومت ملی آزربایجان (دیرنیش) بابک چلبیانلی نیز در این نشست پخش گردید.

محمود بیلگین سخنگوی حزب دموکرات آزربایجان جنوبی دیگر سخنران این نشست مطبوعاتی بود. مجید آراز نماینده تشکیلات مقاومت ملی آزربایجان بیانیه آغاز به کار پلاتفرم همکاری سازمان‌های سیاسی آزربایجان را قرائت کرد و پس از آن در این نشست در بخش پرسش و پاسخ مهمانان سوالات خود را در رابطه با پلاتفرم همکاری سازمان‌های سیاسی آزربایجان پرسیدند.

در بخشی از این بیانیه که به زبان تورکی نوشته شده آمده است: «این پلتفرم مکانیزم فکری و فعالیت مشترک برای برپایی تمام حقوق و آزادی‌های انسانی و اجتماعی برای ملت تورک در آزربایجان جنوبی است، از جمله آزادی اندیشه و بیان، حقوق زنان و کودکان، حقوق کارگران و کارکنان، حقوق اتنیکی، مذهبی و جنسی و حق تشکل.»

سخنگوی تشکیلات مقاومت ملی آزربایجان (دیرنیش) در پیام وئدیویی با اشاره به تحریم های اخیر علیه ایران و فعالیت گروه های اپوزیسیون فارس گرا برای تحولات آتی در ایران به این موضوع پرداخت که گروه های مخالف جمهوری اسلامی ایران از جمله سازمان مجاهدین خلق و گروه های سلطنت طلب در خصوص حقوق ملل غیر فارس در ایران از نظر فکری هیچ تفاوتی با جمهوری اسلامی نداشته و تنها راه برون رفت از مسئله آزربایجان جنوبی اتحاد بین نیروهای سیاسی و ملی در حرکت ملی آزربایجان می باشد.

"Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformu"nun işə başlaması ilə bağlı mətbuat konfransı

15 Aprel 2019-cu il tarixində "Beynəlxalq Mətbuat Mərkəzi"ndə "Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformu"nun işə başlaması ilə bağlı mətbuat konfransı keçirilmişdir.*Qurucu təşkilatlar:1. Azərbaycan Öyrənci Hərəkatı2. Azərbaycan Milli Dirəniş Təşkilatı 3. Güney Azərbaycan Demokrat Partiyası.

Bütöv Azərbaycan Ocaqları paylaştı: 15 Nisan 2019 Pazartesi

 

 

“Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platformu” Açılış Bəyanatı

Hörmətli media mənsubları və dəyərli tədbir iştirakçıları;

Güney Azərbaycanda yaşayan Türk Millətinin içində bulunduğu şərtlər, Güney Azərbaycan siyasi quruluşlarının yaxınlaşması və işbirliyini həyati bir zərurət halına gətiribdir.

Artıq hamıya bəllidir ki Orta Doğu son dərəcə kirtik durumda, İran adlanan ölkəyə hakim olan geriçi və faşist dikta rejimi olduqca kirtik günlər yaşamaqda və gələcəkdə bölgəmizdə ciddi çalxantılar gözlənməkdədir.

Bu gün İran İslam Cümhuriyyətinin dikta və zülmü sonucunda Güney Azərbaycanın iqtisaddiyatı çökmüş; işsizlik, yoxsulluq və məcburi köç had səfhəyə ulaşıbdır. Azərbaycan Türk Millətinin tarixi, mədəniyyəti, mənəviyyatı və milli mirası kimi, Güney Azərbaycanın doğası və coğrafiyası da yox olmaq təhlükəsi ilə qarşı qarşıya qalıbdır. İran İslam cümhuriyyətinin həyata keçirdiyi terror yanlısı və aqressiv siyasətlər nəticəsində və rejimin içinə düşdüyü iqtisadi, ideolojik və siyasi çöküş sürəci səbəbi ilə hər an ölkə ciddi bir kaos içinə düşə bilər.

Aydındır ki bu durumda Güney Azərbaycanda Türk Milləti təxmin edilməsi çox da çətin olmayan zorluqlarla üz üzə qalacaqdır və bu çətinliklərə daha indidən çarə düşünmək Güney Azərbaycan Milli Hərəkəti’nin boynunun borcudur.  

Bu səbəblə bu Əməkdaşlıq Platformuna qatılan Güney Azərbaycanın siyasi quruluşları, bir tarixi məsuliyyətin zorunluluğunu hiss edərək müəyyən ilkə və şərtlər əsasında işbirliyi və ortaq çalışma qərarına gəlmiş bulunmaqdadırlar.

Hər kəsə məlum olduğu üzrə; “Güney Azərbaycan Milli Hərəkəti” bir əsirdən artıq özgürlükçülük, qanunçuluq, çağdaşçılıq və öz müqəddəratına hakim olmaq mübarizəsi verən bir sürəcin davamı və varisidir. “Güney Azərbaycan Milli Hərəkəti” doğası etibarı ilə mədəni və demokratik bir mücadələdir. Bu münasibətlə, bu hərəkətin bir parçası və alt birimi olan bu platform da qlobal insan haqları və demokratiya  normlarına inanmaqda və ona görə mübarizəsini yürüdəcəkdir.

Bu platform Güney Azərbaycanda tarixən məskun olan Türk millətinin beynəlxalq qanun və sənədlərdə qəbul edilmiş insani və toplumsal haqq və özgürlüklərinin tamamının, o cümlədən, düşünmə və ifadə özgürlüyü, qadın və uşaq haqları, işçi və çalışan haqları; etnik, inanc və cinsəl azlıq haqları və təşəkküllənmə haqqının həyata keçirilməsi üçün bir ortaq düşünmə və çalışma mekanizmasıdır.

Biz bu platforma üzv olan təşkilatlar olaraq inanırıq ki Güney Azərbaycan Türklüyünün milli özgürlüyü və gələcəyinin təminatı yalnız milli qurtuluşdan keçir. Yüz ildən artıqdır ki Türk Milləti Güney Azərbaycanda fərqli yollarla öz müqəddəratına hakim olmaq istəmiş və öz müstəqil iradəsiylə özünü yönətmək istəmişdir. Bunun üçün də neçə böyük təşəbbüsdə bulunmş, yalnız hər dəfəsində faşist və geriçi güclər millətimizi qanla boğmuşdur. Bütün o acı amma öyrədici təcrübələrin kölgəsində, bu gün də Azərbaycan Türk Milləti öz müstəqil iradəsinə dayanaraq öz gələcəyinə hakim olmaq istəyirlər.

Bu platforma qatılan quruluşlar çağdaş və kürəsəl qanun və sənədlərə dayanaraq Güney Azərbaycanda Türk Millətinin öz müqəddəratına hakim olmasını istəməkdə və bu yolda zamanın şərtlərinə görə çeşidli alternativlərin üstündə durula biləcəyinə inanmaqdadırlar.

Hörmətli media mənsubları və dəyərli tədbir iştirakçıları;

Bu gün bu tədbir vasitəsilə “Azərbaycan Siyasi Quruluşlarının əməkdaşlıq Platformu”nun işə başladığı Azərbaycan və dünya ictimaiyyatına elan edirik.

Əlbəttə ki bu platform üç quruluşla işə başlasa da bu tədbiri bir başlanğıc olaraq qəbul edir və bütün Güney Azərbaycan quruluşlarını əməkdaşlığa çağırır. Bu platform başqa Güney Azərbaycan quruluşlarının da bu ortaq çalışmaya qatılmaları üçün əlindən gələni əsirgəməyəcəkdir.   

Son olaraq bizi dinləmək üçün vaxt ayrıb buraya gəlmək incəliyini göstərən bütün tədbir iştirakçılarına təşəkkür edib xoş ovqat diləyirik. 

Çox sağ olun

Platform üzvləri:

Azərbaycan Öyrənci Hərəkəti – AZOH

Azərbaycan Milli Dirəniş Təşkilatı – DİRƏNİŞ

Güney Azərbaycan Demokrat Partiyası – GADP

 

روی خط خبر